Sosial şəbəkədə biz:

“Valyuta satışı ilə bağlı vəziyyət nəzarət altındadır” – Palata

10 August 2018, 16:05
Gündəm
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta satışı ilə bağlı vəziyyəti nəzarət altına götürüb. Bunu “Report”a açıqlamasında Palatanın sözçüsü Elşən Allahverdiyev deyib. “Banklarla valyuta almaq istəyənlər limitlə üzləşdikləri halda MBNP-yə müraciət edə bilərlər. Banklar kifayət qədər valyuta resurslarına malikdirlər və satışda heç bir problem yoxdur”, – deyə o, qeyd edib.