Sosial şəbəkədə biz:

İşıqforun qırmızı işığından keçən taksinin qəza görüntüləri - VİDEO

11 August 2018, 14:49
Gündəm
Nəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib. Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"-in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən "Vaz 2107"-ə çırpılıb. "Vaz 2107"in içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb. Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.