Sosial şəbəkədə biz:

Bu gün Aktauda "Xəzəryanı beşlik" liderlərinin sammiti keçiriləcək

12 August 2018, 10:46
Gündəm
Bu gün Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının sammiti keçiriləcək. “Report” xəbər verir ki, sayca V sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, İran lideri Həsən Ruhani, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan lideri Qurbanqulı Berdıməhəmmədov iştirak edəcək. Görüşün yekununda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.