Sosial şəbəkədə biz:

Sərnişin təyyarəsi yoxa çıxdı

12 August 2018, 11:46
Gündəm
İndoneziyanın Papua bölgəsində Dimonin Hava Yollarına məxsus “Pilatus PC-6 Porter” tipli sərnişin təyyarəsi yoxa çıxıb. “Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, kiçik təyyarədə 2 ekipaj üzvü və 7 sərnişin olub. Onlardan biri uşaqdır.
Peqununqan Bintanq bölgəsindəki sakinlər yaxınlıqda güclü partlayış səsi eşitdiklərini bildiriblər. Təyyarənin düşməsi ehtimalına qarşı bölgədə axtarışlara start verilib.