Sosial şəbəkədə biz:

Xəzərin statusuna dair konvensiya imzalandı

12 August 2018, 16:18
Gündəm
Bu gün Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Zirvə toplantısında iştirak edən Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair konvensiyaya imza atıblar.
Qeyd edək ki, sənəd üzərində iş 1996-cı ildən aparılıb, konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.