Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Putin avstriyalı naziri toyunda rəqs etdi, sağlıq dedi – VİDEO
Putin avstriyalı naziri toyunda rəqs etdi, sağlıq dedi – VİDEO
19 August 2018, 15:34
Gündəm
53 yaşlı Avstriya XİN başçısı Karin Kneissl-in 65 yaşlı biznesmen Wolfgang Meilinger ilə toyu özünə diqqəti Rusiya prezidenti Vladimir Putinin bu tədbirdə iştirakı ilə çəkib.
Avstriya mətbuatının məlumatına görə, Putin toya gecikdiyindən mərasimin başlaması bir neçə dəqiqəliyə yubadılıb.
Karin Kneissl Avstriya XİN-ə qışdan bəri rəhbərlik edir.
O, Avropa ilə Rusiya arasında dialoq aparılmasının tərəfdarı kimi tanınıb.
Putin toyda bəy və gəlini təbrik edərək, gəlinlə rəqs də edib.
Kəbin kəsilmə mərasimində Vladimir Putin bəy və gəlinin yanında yer tutub.Toy məclisində Vladimir Putin alman dilində bəy və gəlinin sağlığına tost deyib.Putin özü ilə toya Rusiyanın Dövlət Kuban Kazak Xorunu da gətirib.Siyasi arenada Karin Kneissl son illərdə Rusiya hökümətiinə dəstəyini bildirməklə yanaşı Qərbin Rusiya ilə dialoquna da çağırışlar edib.Karin Kneissl Vyanadan cənubda yerləşən kiçik bir fermada yaşayır, bir neçə dil bilir və Yaxın Şərq üzrə mütəxəssis sayılır.Toya OPEC baş katibi Mohammed Barkindo da dəvət olunmuşdu.Karin Kneissl və Avstriya kansleri Sebastian KurzAvstriya mediasının məlumatına görə, toy mərasiminin təhlükəsizliyini 300 polis əməkdaşı və 50 xüsusi təyinatlı qüvvələrin əsgəri təmin edib.Toy mərasimi keçirilən əraziyə aparan bütün ətraf yollar məclis başa çatanadək bağlı qalıb.Bəy və gəlin Avstriyanın sağçı Azadlıq Partiyasının üzvü Peter Fichtenbauer ilə də şəkil çəkdiriblər (BBC-Azərbaycan).