Sosial şəbəkədə biz:

Tramp Ruhani ilə görüşə hazır olduğunu bildirib

21 August 2018, 10:33
Gündəm
ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırdır. Bu barədə Amerika lideri “Reuters” agentliyinə müsahibəsində deyib. “Əgər Ruhani mənlə görüşmək istəyirsə, o zaman “yaxşı”, yox əgər iran lideri dialoqa getmək fikrində deyilsə, o zaman “heç bir işə ehtiyac yoxdur”, Tramp bildirib. ABŞ prezidenti onu da əlavə edib ki, rəsmi Vaşinqtondan Tehrana danışıqların aparılması üçün heç bir müraciət olmayıb.