Sosial şəbəkədə biz:

Tiflisdən FETÖ-ya zərbə: Bir il boyunca...

21 August 2018, 19:17
Gündəm
Gürcüstanın Təhsil Nazirliyi Beynəlxalq Qara dəniz Universitetinə bir il boyunca tələbə qəbulunu qadağan edib. Axar.az xəbər verir ki, buna səbəbə kimi universitetin borclarını ödəməməsi göstərilib. Nazirliyin nümayəndəsi Tamar Sanikidze bildirib ki, universitetin dövlətə 715 min lari borcu yığılıb: “Universitetin əmlakı tamamən müsadirə edilib. Rəhbərlik borcları ödəməkdən boyun qaçırır”. Qeyd edək ki, sözügedən universitet 1995-ci ildən bəri Gürcüstanda fəaliyyət göstərir.