Sosial şəbəkədə biz:

Bu gün Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək - VİDEO

26 August 2018, 12:12
Gündəm
Bu gün Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək. Tədbirdə 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edəcək. Yürüş saat 16:00-da Heydər ƏliyevMərkəzinin qarşısından start götürəcək və Bakının mərkəzi küçələri ilə davam edəcək. Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq. Qeyd edək ki, ötən il keçirilən yürüşdə 150-dən çox klassik avtomobil iştirak edib. (Report)