Sosial şəbəkədə biz:

Qubada bəylə gəlini aparan maşın aşdı

26 August 2018, 22:43
Gündəm
Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Zıxır kəndində toy günü içərisində bəy və gəlinin olduğu maşın dağlıq ərazidən keçən meşə yolunda aşıb. Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb. Aşmış maşını qaldırmaq üçün əraziyə traktor çağrılıb. Yol bir müddət bağlı qalıb. Faktla bağlı araşdırma aparılır.