Jurnalistlərin üçüncu binası belə tikilir - Foto
Bakının Səbail rayonu, Yeni Salyan yolu-22 ünvanında Azərbaycan jurnalistləri üçün üçüncü binanın tikintisi davam edir.
Axar.az xəbər verir ki, binanın fotosunu jurnalistlər üçün tikilmiş ikinci binada yaşayan Xalid Kazımlı paylaşıb. Fotodan görünür ki, bina artıq 4-cü mərtəbəyə qədər tikilib. Hazırda 5-ci mərtəbənin inşa işləri aparılır.
Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikiləcək üçüncü binanın təməli ötən ilin 20 iyul tarixində qoyulub.
Hazırda tikintisi sürətlə davam etdirilən bina jurnalistlərə 2020-ci ildə təhvil veriləcək.