Sosial şəbəkədə biz:

Azərbaycanda 5 baldan çox zəlzələ oldu - Yenilənib

28 August 2018, 18:17
Gündəm
Azərbaycanda zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bir neçə dəqiqə əvvəl cənub bölgəsində zəlzələ baş verib. ***
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində (Lənkəran stansiyasından 13 km qərbdə) zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Sosial şəbəkələrdə Masallı, Lənkəran və Yardımlıda da zəlzələnin hiss olduğu qeyd olunub. *** Yerli vaxtla 17:01:49-da Lerik ərazisində növbəti zəlzələ baş verib. Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.