Sosial şəbəkədə biz:

Arı şah damarını sancdı, qadın öldü - Tovuzda

31 August 2018, 11:06
Gündəm
Tovuz rayonunda boynundan arı sancan qadın ölüb Report-un məlumatına görə, hadisə Tovuz şəhərində 46 yaşlı Hicran Ələsgər qızı Məsiyevanı boyun hissəsindən - şah damarının üstündən arı sancıb. Nəticədə vəziyyəti ağırlaşan qadın sonra ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, H.Məsiyevanın ailəsi arıçılıqla məşğuldur. Hadisə o, yaşadığı evin həyətində olarkən baş verib.