Sosial şəbəkədə biz:

Sentyabrın 3-də ölkədə TV və radio yayımı dayandırılacaq

31 August 2018, 14:45
Gündəm
Sentyabrın 3-də Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib. Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq. Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub. Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-də keçirilib. Növbəti profilaktika isə dekabrın 3-də aparılacaq.