Sosial şəbəkədə biz:

Bakının bəzi məktəblərində dərslər daha tez başlayacaq

03 September 2018, 14:08
Gündəm
Azərbaycanda yeni tədris ili sentyabrın 15-dən başlayır. Amma əksər özəl litseylərdə tədris mövsümünün başlama və bitmə tarixi fərqlidir. Virtualaz.org xəbər verir ki, Avropa Azərbaycan Məktəbində bu gündən dərslərə başlanılıb. Məktəbdə tədris mövsümü sentyabrın 3-dən başlayıb, iyunun 26-da yekunlaşacaq. Bakı Oksford Məktəbində isə ilk dərs sentyabrın 10-da keçiriləcək. Qeyd edək ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş son dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Təhsil Nazirliyindən virtualaz.org-a bildiriblər ki, özəl məktəblər dərs ilinin başlama və bitmə tarixini tədris proqramına uyğun olaraq özləri müəyyənləşdirə bilər. Xatırladaq ki, respublika üzrə təhsil alan şagirdlərin sayı 1 milyon 520 min nəfərdir. Onlardan 1 milyon 509 min nəfəri dövlət əyani ümumi təhsil müəssisələrində, 10928 nəfəri qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alır.