Sosial şəbəkədə biz:

Ömər Eldarov Lütfi Zadənin abidəsindən danışdı: “Heç kimin fikri maraqlı deyil”

03 September 2018, 15:56
Gündəm
Xalq rəssamı Ömər Eldarov dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi barədə danışıb. Ömər Eldarov “Ölkə.Az”a açıqlamasında abidənin daşıdığı rəmzi mənanı belə izah edib. “Əsərdəki arka rəmzi olaraq elmdir. Lütfi Zadə o qapını daha geniş açır. Yəni onun gəlişindən sonra riyaziyyat elmi dəyişib, bu elmə böyük töhfələr verilib”. Xalq rəssamı abidənin tənqid edənləri də cavabsız qoymayıb: “Onlar əsəri başa düşməzlər də. Heç kimin fikri maraqlı deyil”. Qeyd edək ki, sentyabrın 6-da abidənin açılışı olacaq.