Sosial şəbəkədə biz:

Allahşükür Paşazadə: Həccə gedənlərin demək olar ki, hamısı sağ-salamat qayıdıb

04 September 2018, 10:59
Gündəm
Həccə gedənlərin demək olar ki, hamısı sağ-salamat qayıdıb. İki ildir ki, bizim hacıların arasında xəstələnmə yoxdur, onlar sağ-salamat qayıdırlar. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O, deyib: "Sovet dövründə hər il 1-2 nəfər Həccə ziyarət gedərdi. Bu gün müstəqillik dövründə yaranan şərait imkan verir ki, insanlar Həccə gedə bilirlər. Buna görə biz öz dövlətimizə təşəkkür edirik".