Sosial şəbəkədə biz:

Bakı Ali Neft Məktəbinin Azərbaycan təhsilində yeni rekordu - Siyahı

05 September 2018, 11:03
Gündəm
Əsas məqsədi ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaq olan Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan təhsili tarixində rekordu yeniləyib. BANM-dan verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının hər iki mərhələsi üzrə ümumi 13 nəfər 700 bal toplayıb və onların hamısı BANM-ı seçib. 700 bal toplamış abituriyentin hər biri artıq Ali Məktəbdə qeydiyyatdan keçiblər. Onların BANM-dakı ixtisas seçimi aşağıdakı kimi olub: 1. Xəyal Fərzəliyev – İnformasiya təhlükəsizliyi 2. Elgün Zamanlı – İnformasiya təhlükəsizliyi 3. Əsra Bayramova – İnformasiya təhlükəsizliyi 4. Şəkər Qədirli – İnformasiya təhlükəsizliyi 5. Aslan Aşirov – İnformasiya təhlükəsizliyi 6. Tapdıq Məhərrəmli – İnformasiya təhlükəsizliyi 7. Vasif Əsədov – Proseslərin avtomatlaşdırılması mühəndisliyi 8. Kənan Məhəmmədli – Proseslərin avtomatlaşdırılması mühəndisliyi 9. Azər Zeynallı – Proseslərin avtomatlaşdırılması mühəndisliyi 10. Sona Mehdizadə – Proseslərin avtomatlaşdırılması mühəndisliyi 11. İlqar Məmmədov – Proseslərin avtomatlaşdırılması mühəndisliyi 12. Anar Abıyev – Proseslərin avtomatlaşdırılması mühəndisliyi 13. Rüstəm Qarayev – Proseslərin avtomatlaşdırılması mühəndisliyi Qeyd edək ki, ötən il də I qrup üzrə 7 nəfər 700 ballı abituriyentin hamısı BANM-ı seçmişdi. Bu zamana qədər BANM-dan başqa Azərbaycanın heç bir universiteti bu göstəricini reallaşdıra bilməyib.