Sosial şəbəkədə biz:

Prezident "Hesablama Palatası haqqında" qanunu imzalayıb

05 September 2018, 20:31
Gündəm
Prezident İlham Əliyev "Hesablama Palatası haqqında" qanunu imzalayıb.
Qanun Azərbaycan Respublikası Hesablama Palatasının (bundan sonra – Hesablama Palatası) statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir.