Sosial şəbəkədə biz:

Azərbaycanlı bacı-qardaş saxlanıldı – Qeyri-adi səbəb

06 September 2018, 14:43
Gündəm
Urmiyada azərbaycanlı milli-mədəni fəal Ulduz Qasımi qardaşı Rəhman ilə birlikdə ETTELAAT əməkdaşları tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, bacı və qardaş ETTELAAT-ın yerli şöbəsinin təcridxanasına salınıb. Rəhman Qasımi 2 saat işgəncələr altında dindirildikdən sonra sərbəst buraxılıb, Ulduz isə hələ də ETTALAT-da saxlanılır, onun vəziyyəti barədə dəqiq məlumat yoxdur. Onun Azərbaycan uğrunda şəhid olmuş Fərzad Əsədpurun anım mərasimində iştirak etdiyi üçün saxlanıldığı bildirilir.