Sosial şəbəkədə biz:

Türkiyədə tanınmış iş adamının içərisində olduğu helikopter qəzaya uğrayıb, yaralılar var

06 September 2018, 20:41
Gündəm
Türkiyənin İstanbul şəhərində helikopter qəzaya uğrayıb. "Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə nəticəsində OTOKAR-ın İdarə Heyətinin üzvü Halil İbrahim Ünver və pilot İsmet Özgür müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, helikopter Halil İbrahim Ünverə məxsus "Ünver Havacılık" şirkətində qeydiyyatdadır və Kartaldan Sefaköyə uçurmuş. Helikopterin ildırım vurması nəticəsində qəzaya uğradığı iddia edilir. Faktla bağlı araşdırmalara başlanılıb.