Modern.az-ın məlumatına görə, bu haqda mərhumun dostları xəbər veriblər. Onun infarktan öldüyü bildirilir. Asəf Oruc oğlu Əliyev 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. 1984-cü ildə C.C.Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1996-cı ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Asəf Orucoğlu “Millət” qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, “Araşdırma və proqnoz şöbəsi”nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib. 2003-2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. Asəf Qaya imzası ilə şeirlər yazırdı. 300-ə yaxın şeirin müəllifidir. Allah rəhmət eləsin...