Sosial şəbəkədə biz:

Vergi ödəyicilərinin işi asanlaşdırılacaq

06 September 2018, 23:04
Gündəm
E-qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən, cari ilin yanvar ayından etibarən bütün vergi ödəyiciləri elektron qaimə (e-qaimə) tətbiq edir. Hazırda e-qaimə və e-vhf tərtib edilməsində müəyyən mürəkkəblik mövcuddur. Bununla bağlı aparılan işlərin nəticəsi olaraq, nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi ödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-ın göndərilməsinin sadələşdirilməsi planlaşdırılır. Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıq və təhlil işləri aparılır.