Sosial şəbəkədə biz:

Türk rejissor həbs olundu - Terrora dəstək verib

07 September 2018, 15:54
Gündəm
“Uyanış” filminin rejissoru Ali Avcı həbs olunub. “Qafqazinfo” xəbər verir ki, o, çəkdiyi layihəsində terrorla bağlı sətiraltı mesajlar verməkdə ittiham olunur.  Məhkəmə prosesində söz alan rejissor ona böhtan atıldığını, ekran işinin 14 İyul hadisələrindən bəhs etdiyini bildirib. A. Avcı kinonu çəkmək üçün bütün qurumlardan icazə aldığını qeyd edib. Məhkəmə rejissor barədə “silahlı terror təşkilatlarına üzv olma” ittihamı ilə 6 il 3 ay müddətindən azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.