Sosial şəbəkədə biz:

Gürcüstanda yaşayan azərbaycanlılar prezident seçkilərindən nə gözləyir?

08 September 2018, 17:11
Gündəm
Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində müşahidə aparmaq üçün Azərbaycana dəvət göndərib. “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının fəal üzvü olan Əli Babayev Sputnik Azərbaycan-a deyir ki, artıq Gürcüstanda prezidentin səlahiyyətləri azalıb: “Baş nazir və parlament artıq onu səlahiyyətlərinin bir çoxunu icra edir. Artıq prezident olmaq istəyən 30-dan çox şəxs namizədliyini irəli sürüb. Gürcüstanda yaşayan azərbaycanlılar namizədlərin çıxışlarını diqqətlə izləməlidir. Gürcüstanda hazırki hakim komanda köhnə prezidentlərdən qalma problemləri həll etməyə çalışır. Artı müxtəlif istiqamətlərdə yavaş-yavaş islahatlar aparılır”.