"Haranı göstərsələr oranı sökəcəyik..."
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Zeytunluq” sahəsində qeyri-qanuni hasarlanmış, sakinlərin gediş-gəlişinə mane olan divarların söküntüsünə başlayıb.
Heydər Məscidinin aşağı hissəsində ötən gündən başlayan söküntü işləri bu gün də BŞİH və Binəqədi Rayon İcra Hakimiyyətinin texnika və işçi qüvvəsi ilə davam etdirilib. Ərazidə çalışan fəhlələrin sözlərinə görə, onlara yaşıllıqların zəbti hesabına tikilən bütün obyektlərin söküntüsü ilə bağlı göstəriş verilib.
Hazırda yaşıllıq massivində, yaxınlıqda tikilən villalardan atılmış lazımsız tikinti materialları zibilliyi təmizlənir. Adını söyləmək istəməyən iş icraçısı tezliklə bütün ərazinin zibil qalaqlarından və qeyri-qanuni hasarlardan təmizlənəcəyini deyib: “Söküntü işlərinin neçə gün gedəcəyini bilmirik. Amma bizə deyiblər ki, bütün qeyri-qanuni obyektlər söküləcək. Haranı sökməyi göstəriş verirlərsə, biz də oranı sökürük. Dünəndən başlamışıq, bir xeyli ərazi təmizlənib. Gördüyünüz bu ərazi “Zeytunluğ”un ərazisidir. Villalardan çıxarılan tullantıları tökdüklərindən burada iri zibil qalaqları yaranmışdı. Hazırda onların yığışdırılması ilə məşğuluq. Bundan sonra isə yol boyu təmizlik işlərini davam etdirəcəyik”.
Söküntüyə şahidlik edən sakinlər də yaşıllığın təmizlənməsindən razılıq edirdilər. Yaxınlıqda yaşayan və buradakı poliklinikaların birində tibb bacısı işləyən Kəmalə Vəliyeva dedi ki, zəbt olunmuş ərazilərin təmizlənməsi və yaşıllıq zonasının əhalinin istifadəsinə verilməsini hamı çoxdan gözləyirdi: “Hər gün bu hasarların arasından keçib işə gedirəm. Hər dəfə bu hasarların sayı artdıqca, ağacları qırıb evlər tikdikcə fikirləşirdim ki, bir gün bunlara “yox” deyən tapılacaq. Nəhayət ki, o günü də gördük. Bakının harasında belə yaşıllıq var? Bunu qorumaq lazımdır. Bu hasarları çoxdan sökmək lazım idi”.
Kazım adlı digər rayon sakini də burada aparılan abadlıq işlərinin əhalinin işinə yarayacağını dedi: “Yaşıllıq təmiz havadır, yaşıllıq sağlamlıqdır. Niyə razı olmayaq, kim təmiz hava udmaq istəmir ki?!”
Ərazidə hasarları sökülən villalar kimlərindir? Bunu öyrənə bilməsək də, bəzilərinin çox imkanlı biznesmenlərə məxsus olduğunu dedilər. Sakinlərin sözlərinə görə, illərdir məhv edilən zeytunluq ərazilərdə 100-dən artıq malikanə tikilib. Bu günə gəlib çıxan isə “yaşıl soyqırım”a məruz qalaraq yoxa çıxan zeytun bağlarının ancaq kiçik bir hissəsidir. Tikilən villaların bəzilərinin həyətlərində tək-tək gözə dəyən zeytun ağacları da ərazinin vaxtilə yaşıllıq zonasına daxil olmasından xəbər verir.
Daha bir məqam. “Zeytunluq” ərazisində ağacların kütləvi şəkildə qırılması həm də hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarovun adı ilə bağlıdır. Çovdarovun həbsindən sonra 2015-ci ildə yaşıllıq massivində tikilmiş şadlıq sarayı da sökülmüş, ərazi hasarlardan azad edilərək əhalinin istifadəsinə verilmişdi.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətindən bu ərazidə söküntü işlərinin vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında həyata keçirildiyini bildiriblər. Heydər Məscidinin yaxınlığında araşdırmalar aparılıb və orada bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsı, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılıb. “Zeytunluq” ərazisində ötən gün ərzində ümumilikdə 3 hektar sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb.
BŞİH-dən bildirilib ki, park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
◀▶

Xəbərlər
- 22:33 • 8 sentyabrQazaxın düşmənə ən yaxın kəndində evlərin qarşısına müdafiə hasarları çəkildi
- 22:03 • 8 sentyabrÇavuşoğlu: "Biz Əsəd qoşunlarının İdlibə hücumunu dayandıracağıq"
- 21:35 • 8 sentyabrRamil Quliyev qitələrarası dünya çempionatında ikinci oldu
- 21:05 • 8 sentyabrGürcüstanda 46 nəfər prezident olmaq istəyir
- 20:35 • 8 sentyabrPaşinyan Putinlə görüşdən sonra: "Münasibətlərimiz olduqca gözəldir" YENİLƏNİB
- 20:14 • 8 sentyabrAzərbaycanda yeni yol çəkiləcək PREZİDENT SƏRƏNCAMI
- 19:45 • 8 sentyabrRusiya Xəzər dənizi üçün yeni hərbi ekranoplan hazırlayır
- 19:15 • 8 sentyabr"Haranı göstərsələr oranı sökəcəyik..." BAKIDAKI "ZEYTUNLUQ"DA SÖKÜNTÜ DAVAM EDİR
- 18:46 • 8 sentyabrCamal Hüseynov Sərhəd Xidmətinin əsgərinə üç bıçaq zərbəsi vurdu
- 18:22 • 8 sentyabrErmənistanın keçmiş baş nazirinə qarşı da ittiham irəli sürüldü
- 17:54 • 8 sentyabrSaatlıda bostanda külli miqdarda kannabis əkən şəxs saxlanıldı FOTO
- 17:43 • 8 sentyabrİlham Əliyev Tacikistan Prezidentini təbrik etdi
- 17:34 • 8 sentyabrBakıda avtomatlaşdırılmış parklanma sistemi qurulacaq
- 17:04 • 8 sentyabrEldar Həsənovun restoranının direktoru həbs olundu
- 16:45 • 8 sentyabrKadırov sərhədi yenidən müəyyən edəcək
- 16:13 • 8 sentyabrAzərbaycanda sərinləşdirici içkilər niyə plastik qablarda satılır?
- 15:43 • 8 sentyabrAzərbaycanlı oliqarxla bağlılığı olan erməni milyarderin əməlləri ADINI DƏYİŞİB LEV ASLAN DERMEN EDİBMİŞ..., YENİLƏNİB
- 15:31 • 8 sentyabrDibçəklərdə narkotik yetişdirən Şəki sakini saxlanıldı FOTO
- 15:01 • 8 sentyabrSabah Bakıda az yağış yağacaq BƏZİ RAYONLARDA LEYSAN GÖZLƏNİLİR
- 14:26 • 8 sentyabrGəncədə apteklərdə psixotrop dərmanlar aşkarlandı REYD
- 13:59 • 8 sentyabrElçin Quliyev "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinə baxış keçirdi FOTO
- 13:40 • 8 sentyabrİraq səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı
- 13:22 • 8 sentyabrPaşinyan Azərbaycanı hədələyir
- 13:17 • 8 sentyabrGürcüstan rusiyalı hakeri ABŞ-a təhvil verdi
- 13:01 • 8 sentyabrBakıda şadlıq sarayları və restoranların cərimələnməsinə başlandı FOTO
- 12:43 • 8 sentyabrGömrükdə külli miqdarda qanunsuz zərgərlik məmulatı aşkarlandı FOTO
- 12:28 • 8 sentyabrTürkiyə aviasiyası İraqda 4 PKK terrorçusunu məhv etdi
- 12:16 • 8 sentyabr“Qarabağ” azarkeşlərinə şad xəbər
- 12:01 • 8 sentyabrABŞ üç ölkədən səfirini geri çağırdı
- 11:45 • 8 sentyabrFazil Məmmədovun səhhəti düzəlir