Sosial şəbəkədə biz:

Ölkə ərazisində zəif toz dumanı gözlənilir

09 September 2018, 19:32
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında 09 sentyabr 2018-ci il tarixində gecə saatlarından etibarən zəif toz dumanı proqnozlaşdırılır.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. ETSN rəsmisi bildirib ki, buna səbəb ölkə ərazisində əsən şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir.