Sosial şəbəkədə biz:

Millətlər Kubokunda dava - 1 ölü, 37 yaralı

10 September 2018, 10:27
Gündəm
Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən Madaqaskar - Seneqal matçından öncə faciə yaşanıb. “Qafqazinfo” xəbər verir ki, “Antananarivo” stadionunda təşkil olunan matça həddən artıq çox azarkeşin gəlməsi iğtişaşlara səbəb olub. Belə ki, arenaya buraxılmayan çoxlu tərəfdar matçı izləmək üçün təhlükəsizlik əməkdaşları ilə əlbəyaxaya çıxıb. Azarkeşlərin öz arasında da böyük izdiham yaşanıb. Hadisə nəticəsində azı 1 nəfərin öldüyü, 37 nəfərin xəsarət aldığı bildirilir. Qeyd edək ki, oyun 2:2 hesabıyla başa çatıb.