Sosial şəbəkədə biz:

Rusiya Ermənistana silah satışını davam etdirəcək

10 September 2018, 11:22
Gündəm
“Rusiya silahlarının Ermənistana tədarükünün planlı şəkildə davam etməsi barədə razılıq əldə olunub”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Kommersant” nəşrinə verdiyi müsahibədə bəyan edib. Onun sözlərinə görə, bu sahədə problem olmayacaq: “Söhbət kreditlə satılan silahlardan gedir. Digər imkanları da müzakirə edəcəyik. Çünki, bu çox əhəmiyyətli əməkdaşlıqdır. Mən hesab edirəm ki, aramızda bu sahədə hər hansı bir problem yaranmayacaq”. (AzVision.az)