Sosial şəbəkədə biz:

Kişi "Əli və Nino"nun üstünə çıxdı - Foto

10 September 2018, 17:09
Gündəm
Gürcüstanın Batumi şəhərində, təxminən, 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb. Report-un xəbərin görə, həmin şəxs bir müddət abidənin üstündə oturub. Hadisə yerinə gələn xilasedicilər onu abidənin üstündən düşürməyə çalışıblar. Lakin həmin şəxs köməkdən imtina edərək özü aşağı enib. Yerli mətbuatın məlumatına görə, həmin şəxs Konstantin Ediberidzedir. Ediberidze həyətində çətənə yetişdirdiyinə görə polis onunla bağlı araşdırma aparıb.