Sosial şəbəkədə biz:

Yəhudilər çimərlikdəki insanları güllələdi - FOTO

11 September 2018, 15:07
Gündəm
İsrail hərbçiləri tərəfindən atəşə tutulmuş dinc etiraz aksiyası iştirakçılarından, ən azı, 10-u yaralanıb.
Moderator24.comyazır ki, bu haqda “Asoşeyted-Pres”(” Associated Press”) agentliyi xəbər yayıb.
Faciəvi olay Fələstinin Qəzza anklavındakı çimərlikdə  yerli sakinlərin İsrail rejiminin yaratdığı blokada şəraitinə qarşı nümayişi zamanı baş verib.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ən azı, 10 müsəlman nümayişçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Yəhudi hərbçiləri isə dinc etirazçılara atəş açılmasının  səbəbini guya onlar tərəfindən partlayıcı maddələr atılmasıyla izah ediblər.