Sosial şəbəkədə biz:

Beynəlxalq Enerji Agentliyi: " Azərbaycanın təbii qaz istehsalı 3 dəfə artacaq "

12 September 2018, 13:36
Gündəm
Qarşıdakı onilliklərdə Azərbaycan qlobal təbii qaz bazarında mühüm aktorlardan olacaq. Azinforum.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri sentyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. "Hazırda Azərbaycanın təbii qaz hasilatı illik 18 milyard kubmetr civarındadır. Qarşıdakı 20 ildə Azərbaycanın təbii qaz istehsalının 3 dəfə artacağını proqnozlaşdırırıq", - deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qeyd edib.