Sosial şəbəkədə biz:

“Toppuş bacı” xəstəliyindən yazdı: “Yaşamaq, mübarizə aparmaq...”

13 September 2018, 20:51
Gündəm
“Toppuş bacı” kimi tanınana əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyi ilə mübarizə aparmasından bəhs edib. Musavat.com xəbər verir ki, xəstəxanada çəkilmiş fotosunu paylaşan aktrisa sağalacağına inandığını bildirib: “Yaşamaq, mübarizə aparmaq və gülümsəmək”. Qeyd edək ki, bir müddət öncə əməkdar artistin uşaqlıq yolunda şiş aşkarlanmışdı və kəsilmişdi. Daha sonra onda yenidən şiş aşkarlandı. Hazırda əməkdar artist kimyaterapiya alır.