Sosial şəbəkədə biz:

İTV-nin 13 illik verilişi bağlandı

14 September 2018, 09:41
Gündəm
İTV-nin yarandığı gündən yayımlanan “Yeni gün” verilişi bağlanıb.  “Qafqazinfo” xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Baku.ws-ə verilən məlumata görə, telekanal sentyabrın 17-dən etibarən hər səhər “Sabahın xeyir, Azərbaycan” adlı üç saatlıq informativ, əyləncəli proqram ilə tamaşaçıların görüşündə olacaq.
Həftənin beş günü, səhər saat 06:50-dən 10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin olacaq.