Sosial şəbəkədə biz:

“İrşad Telekom”un rəhbəri naməlum şəraitdə dünyasını dəyişdi – Şirkət rəhbərinin intihar etdiyi iddia olunur

14 September 2018, 23:06
Gündəm
İrşad Telekom MMC-nin rəhbəri Hacıyev İrad Ağahüseyn oğlu dünyasını dəyişib. Avropa.info-nun əldə etdiyi məlumata görə, hadisə təqribən 3 saat öncə baş verib. Şirkət rəhbərinin naməlum şəraitdə dünyasını dəyişdiyi və intihar etdiyi iddia olunur. Məlumatlara görə, İrad Hacıyevin nəşi hazırda morqdadır və ekspertiza onun ölüm səbəbini araşdırır.