Sosial şəbəkədə biz:

ARB-nin efirində dava: Prodüser yazıçıya hücum çəkdi (FOTOLAR)

15 September 2018, 16:16
Gündəm
ARB TV-nin "Düz bazar” proqramının yeni sezonunun ilk buraxılışında qalmaqal yaşanıb.
Axşam.az xəbər verir ki, proqrama qonaq olan prodüser Anar Mədətovla, yazar Qan Tural arasında mübahisə yaşanıb.
Anar Mədətov şou-biznesdə yaşanan qalmaqaldan danışarkən, onunla razılaşmayan yazıçı iradını bildirib. Bundan əsəbiləşən prodüser Qan Turalının üzərinə hücum çəkib. Qısa mübahisədən sonra ara sakitləşdirilib və proqram qaldığı yerdən davam edib.