Sosial şəbəkədə biz:

Bakı rusiyalı turistlərin payız səyahəti reytinqində üçüncüdür

17 September 2018, 09:39
Gündəm
Paytaxt Bakı rusların 2018-ci il üçün MDB şəhərlərinə payız səyahəti reytinqində üçüncüdür. “Report” xəbər verir ki, reytinq "TurStat" analitik agentliyi tərəfindən hazırlanıb. Ekspertlərin hesablamalarına görə, rus turistlər payızda Azərbaycana və Bakıya orta hesabla 3 günlük gəlirlər. Onlar bir gün üçün yemək və qalmağa 30-80 dollararası pul xərcləyirlər. MDB-də ən ucuz payız turları üçün Qırğızıstan və Özbəkistan, həftə sonları və alış-veriş turları üçün isə Astana və Bakı seçilir. Aşağıda payız səyahəti üçün məşhur olan MDB ölkələrinin şəhərləri təqdim olunub. Turistlərin 2018-ci ilin payız fəsli üçün seçdiyi ən yaxşı 10 MDB şəhəri: Minsk (Belarus) Astana (Qazaxıstan) Bakı (AZƏRBAYCAN) İrəvan (Ermənistan) Daşkənd (Özbəkistan) Almatı (Qazaxıstan) Bişkek (Qırğızıstan) Kişinyov (Moldova) Düşənbə (Tacikistan) Aşqabad (Türkmənistan)