Sosial şəbəkədə biz:

Azərbaycanda məhkum uşaqların sayı artıb

17 September 2018, 11:31
Gündəm
Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb. Trend-in məlumatına görə, ötən il Azərbaycanda 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayatə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub. Ötən il ümumilikdə 13 733 nəfər məhkum edilib. Onların 13 147-si kişilər, 586-sı qadınlar olub. Məhkumların 7 264-ü azadlıqdan məhrum edilib. Keçən il 16 750 nəfər cinayət törədib ki, onların 15 787-i kişi, 963-ü qadın olub. Cinayət törətmiş şəxslərin 486-sı 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442, 2015-ci ildə 477, 2010-cu ildə 439 olub. 2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 532 cinayət (2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) törədilib.