Sosial şəbəkədə biz:

Daha bir azərbaycanlı xanım deputat seçildi - Foto

19 September 2018, 14:11
Gündəm
İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib. Bu barədə Axar.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.
O bildirib ki, builki seçkilərdə yenidən namizədliyini verən İradə Əliyeva Jönköpinq əyalət parlamentinə deputat seçilib. Qeyd edək ki, İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçın ən böyük partiyası olan Sosial-Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyimi verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür. İradə Əliyevanın 2012-ci ildən öz sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi( konsult) şirkəti var.