Sosial şəbəkədə biz:

Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı

20 September 2018, 14:23
Gündəm
Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tutduğu vəzifədən ayrılıb. Bu barədə Azinforum.az-a M.Kazımi məlumat verib. O qeyd edib ki, işdən öz ərizəsilə ayrılıb: “2008-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında könüllü fəaliyyətə başlamışdım. İndi də könüllü olaraq işdən ayrıldım”. M.Kazımi sentyabrın 19-dan etibarən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətinə davam etdiyini açıqlayıb.