Sosial şəbəkədə biz:

"Sportinq" - "Qarabağ": Start heyətləri açıqlanıb

20 September 2018, 22:45
Gündəm
Avropa Liqasında qrup mərhələsinin ilk tur matçında Portuqaliyada üz-üzə gələcək "Sportinq" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb. "Report"un məlumatına görə, qonaq komandanın baş məşqçisi Qurban Qurbanov zədəli Rəşad Sadıqov, Dani Kintana və Simeon Slavçevin xidmətindən yararlana bilməyəcək. Zədəsini bərpa edən Miçel isə ehtiyat oyunçular skamyasında yer alıb. Start heyətə isə ilk dəfə Coşqun Diniyev də düşüb. Kapitan sarğısı Maksim Medvedevə tapşırılıb. "Sportinq": 19. Roman Salen, 4. Sebastyan Koates, 8. Brunu Fernandeş, 9. Markos Akunya, 10. Fredi Montero, 13. Stefan Ristovski, 16. Rodriqo Battalya, 17. Luiş Nani (k.), 21. Rafinya, 22. Jeremi Matyü, 86. Nemanya Qudel Ehtiyat oyunçular: 40. Renan Ribeyro, 6. Andrea Pintu, 18. Karluş Mane, 23. Abdulay Diabi, 25. Padosav Petroviç, 76. Brunu Qaşpar, 77. Jovane Kabral Baş məşqçi: Joze Peseyru "Qarabağ": 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k.), 7. İnnoset Emeqara, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 91. Coşqun Diniyev Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 8. Miçel, 9. Araz Abdullayev, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov Baş məşqçi: Qurban Qurbanov Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.