Sosial şəbəkədə biz:

Dövlət Departamentindən dünyaya xoş xəbər

22 September 2018, 15:58
Gündəm
Ötən il dünyada müxtəlif terror hücumlarının sayı 23 faiz azalıb. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin hazırladığı dünyada terrorçuluqla mübarizə problemlərinə dair növbəti illik hesabatda qeyd olunub. Araşdırma 2017-ci ili əhatə edir. "2017-ci ildə dünyada terror hücumlarının ümumi sayı 23 faiz, terror aktları nəticəsində ölənlərin ümumi sayı isə 27 faiz azalıb (2016-cı il ilə müqayisədə)", — deyə sənəddə bildirilir. Hesabat müəllifləri etiraf edirlər ki, bu müsbət tendensiya əsasən yalnız bir amil – İraqda terror aktı qurbanları sayının kəskin azalması sayəsində qeydə alınıb. Sənəddə bildirilir ki, ötən il terror aktları ümumilikdə 100 dövlətin ərazisində törədilib və onların 93 faizi beş ölkənin – Əfqanıstan, Hindistan, İraq, Pakistan və Filippinin payına düşüb. Bundan əlavə, terror aktları nəticəsində bütün ölüm hallarının 70 faizi də beş ölkədə – Əfqanıstan, İraq, Nigeriya, Suriya və Somalidə qeydə alınıb.