Sosial şəbəkədə biz:

Güclü yağış paytaxtda uçquna səbəb oldu (FOTO)

23 September 2018, 11:50
Gündəm
Bu gün səhər saatlarından Bakıya yağan intensiv yağış fəsadlar törədib.
Publika.az xəbər verir ki, yağış suları Yasamal rayonu İzmir küçəsi 7 ünvanında yerləşən tikilidə uçquna səbəb olub. Belə ki, tikilinin bir hissəsi yaxınlıqda dayanmış "Toyota Prado” markalı avtomobilin üstünə uçub.
Hadisə nəticəsində avtomobilə xeyli ziyan dəyib.
Hadisə yerindən çəkilmiş fotonu təqdim edirik.