Sosial şəbəkədə biz:

Bir qrup həkimin Qarabağa qanunsuz səfəri araşdırılır

24 September 2018, 20:04
Gündəm
Bir qrup həkimin Azərbaycanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", - Nazirlikdən vurğulanıb.