Sosial şəbəkədə biz:

Hindistanda leysana görə 45 nəfər itkin düşüb, 35-i tələbədir

25 September 2018, 10:52
Gündəm
Hindistanda güclü yağışlar nəticəsində xeyli insan itkin düşüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Himaçal-Paradeş ştatının Laxul və Spiti bölgələrində 45 nəfərdən heç bir xəbər yoxdur. Bildirilir ki, itkin düşənlərin 35-i Texnologiya Universitetinin tələbələridir.
Daha əvvəl Hindistan mediası güclü yağışlardan sonra yaranan sürüşmədə 11 nəfərin öldüyünü yazmışdı. Ölkənin bir çox ştatında fövqəladə vəziyyət elan olunub.