Sosial şəbəkədə biz:

Dağıstanın başçısı: "Nizaminin abidəsinin murdarlanmasında əli olanlar cəzalandırılacaq"

27 September 2018, 13:42
Gündəm
"Nizaminin abidəsini vandalizm aktına məruz qoyanlar qanuna uyğun olaraq cəzalandırılacaqlar". Bunu virtualaz.org-a eksklüziv açıqlamasında Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev deyib. "Hər hansı tarixi abidə ilə bağlı vandalizm cəzasız qalmamalıdır. Respublikanın hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparırlar", - V.Vasilyev qeyd edib. Respublikanın başçısı həmçinin bildirib ki, Azərbaycan-Dağıstan sərhədində olan bütün neqativ hallar yaxın vaxtlarda aradan qaldırılacaq: "Biz korrupsiya ilə mübarizə aparırıq, düşünürəm ki, siz respublikamızda mövcud olan neqativ proseslərin aradan qaldırması üzrə bizim işimiz haqda KİV-dən bilirsiniz. Yaxın vaxtlarda hamı bizim işimizin uğurlu olduğuna əmin olacaq".