Sosial şəbəkədə biz:

Təyyarə 36 sərnişinlə okeana düşdü - Foto

28 September 2018, 11:53
Gündəm
Papua-Yeni Qvineya aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsi Mikroneziya sahillərində suya düşüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident bu gün səhər qeydə alınıb. Təyyarə uçuş-eniş zolağından 150 metr uzaqlıqda düşüb. Göyərtəsində 36 sərnişin və 11 ekipaj üzvü olub. Qəza nəticəsində ölən yoxdur, lakin xəsarət alanların olduğu bildirilir.