Sosial şəbəkədə biz:

Voleybol millimiz ilk qələbəsini qazanıb

30 September 2018, 16:03
Gündəm
Yaponiyada qadınlar arasında voleybol üzrə dünya çempionatında 2-ci turun oyunlarına start verilib. Bu gün yığmamız da növbəti görüşünü keçirib. Cənubi Koreya millisi ilə qarşılaşan Faiq Qarayevin komandası inamlı qələbə qazanıb – 3:1 (25:18, 25:18, 23:25, 25:18). Qeyd edək ki, ABŞ, Cənubi Koreya, Rusiya, Trinidad və Tobaqo, Taylandla eyni qrupda yer alan komandamız bu qələbədən sonra 3 xalla 3-cü pillədə qərarlaşıb.