Sosial şəbəkədə biz:

Daha bir şirkət Türkiyədə fəaliyyətini dayandırır

30 September 2018, 21:53
Gündəm
Amerika Birləşmiş Ştatlarına aid nəhəng Crate and Barrel şirkəti Türkiyədəki fəaliyyətini dayandırır.  Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin internet saytı xəbər yayıb. Şirkətin 5 il öncə Zorlu Centerdə, Ataköydə açdığı mağazalar bağlanıb. Qeyd edək ki,  1962-ci ildə yaradılan  Crate and Barrel   Amerikadan kənarda ilk mağazasını  2008-ci ildə Kanada da açıb. Kanadadan sonra  BƏƏ (Dubay), Sinqapur və Meksikada mağazalar yaradılıb.