Sosial şəbəkədə biz:

Taksidə siqaret çəkənlər nə qədər cərimələnəcəklər?

01 October 2018, 12:43
Gündəm
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Azinforum.az  xəbər verir ki, dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbləğdə cərimələnəcəklər. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minəcəyi tarix yaxın vaxtlarda məlum olacaq.